Sağlamlıq
Kilo verə bilməmək xəstəliyin
Sağlamlıq
264

Kilo verə bilməmək xəstəliyin əlaməti ola bilər

Pəhriz və idmana baxmayaraq arıqlaya bilmirsinizsə, səbəbi “möcüzəvi diet” və ya "arıqlama dərmanlarında” axtarmayın. Həkim müayinəsindən keçin, çünki bu vəziyyətin arxasında sağlamlıq problemləri dayana bilər.

E-saglam.az xəbər verir ki, tiroid vəz xəstəlikləri: Tiroid hormonlarının az ifrazı metabolizmanın yavaşlamasına səbəb olur. Bu hal hipotiroidizm adlanır və arıqlamağı çətinləşdirir.

Hormon pozğunluqları: İştahanı azaldan leptin hormonunun çatışmazlığı və ya bədənin bu hormona qarşı həssaslığının azalması iştahanın artmasına və kilo yığılmasına gətirib çıxarır.

Polikistik yumurtalıq sindromu: Qadınlarda rast gəlinən bu hormonal problem aybaşı pozğunluğu, tükənmə və artıq çəki ilə özünü göstərir.

Böyrəküstü vəz xəstəlikləri: Kortizol hormonunun artması ilə yaranan Kuşinq sindromu bədəndə, xüsusilə qarın və üz nahiyəsində yağlanmaya səbəb olur.

Ətraf mühit amilləri: Kortizon və bəzi psixoloji dərmanlar, az hərəkətli həyat tərzi və yanlış qidalanma da arıqlamanın qarşısını ala bilər.

Yuxu apnesi: Gecə nəfəsin dayanması ilə müşahidə olunan bu vəziyyətdə yağ yandıran hormonların ifrazı azalır və bədəndə yağ toplanır.

İnsulin dirənci: İnsulin hormonunun təsiri azaldıqda bədəndə şəkər balansı pozulur, aclıq hissi artır və çəki yığılır. Zamanla gizli şəkər və tip 2 diabet inkişaf edə bilər.

Mütəxəssislər tövsiyə edir ki, arıqlaya bilməyən şəxslər mütləq qan analizləri və hormonal müayinə etdirsinlər. Əsas xəstəlik müalicə olunmadan çəki vermək çətin ola bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun