Qidalanma
Mütəxəssislər xəbərdarlıq edir: acqarına çay içmək sağlamlığa
Qidalanma
247

Mütəxəssislər xəbərdarlıq edir: acqarına çay içmək sağlamlığa zərər verə bilər

Qastroenteroloq Natalya Vasilyeva “Gazeta.ru”ya açıqlamasında bildirib ki, acqarına çay içmək mədə yanması, ürəkbulanma və mədə ağrılarına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, həm qara, həm də yaşıl çayın tərkibində olan kofein və tanin adlı maddələr bədəni oyadaraq enerjini artırır, lakin eyni zamanda mədə turşusunun ifrazını da gücləndirir. Əgər bu zaman mədə boş olarsa, artıq turşuluq mədə divarını qıcıqlandırır və xoşagəlməz simptomlara gətirib çıxarır.

Vasilyeva məsləhət görür ki, çayı yeməkdən sonra və ya yüngül qidalarla — məsələn, quru meyvə ilə içmək daha doğrudur. Alternativ olaraq, mədə turşuluğunu artırmayan meyvə və bitki çaylarına üstünlük vermək olar.

Həkim əlavə edib ki, çayın sidikqovucu təsiri də var. Buna görə də səhər oyanan kimi çay içmək orqanizmdə maye çatışmazlığına səbəb ola bilər. Bunun qarşısını almaq üçün əvvəlcə bir stəkan su içmək, daha sonra isə çay dəmləmək tövsiyə olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun