Hər ovuc balqabaq tumunda orqanizmin gündəlik maqnezium və fosfor ehtiyacını ödəyəcək qədər faydalı maddələr var. Bu barədə dietoloq Yelena Ustinova “Gazeta.ru”ya müsahibəsində məlumat verib.
E-saglam.az xəbər verir ki, mütəxəssis bildirib ki, cəmi 60 qram balqabaq tumu sinir sistemi üçün vacib olan maqneziumun və sümüklərin möhkəmlənməsi üçün lazım olan fosforun gündəlik normasını təmin edir.
Ustinovanın sözlərinə görə, balqabaq tumu həm də kişi sağlamlığı üçün son dərəcə faydalıdır. O, bu məhsulun təbii afrodisiak sayıldığını və tərkibindəki yüksək sink miqdarının kişi hormonlarının sintezində və sperma istehsalında mühüm rol oynadığını qeyd edib.
Bundan əlavə, dietoloq vurğulayıb ki, balqabaq tumu qanazlığının (anemiyanın) qarşısının alınması üçün də faydalıdır, çünki tərkibində qan yaranmasında iştirak edən kobalt, manqan və mis kimi minerallar var.
Tərcümə: Nəzrin Abbas