Sağlamlıq
Uşağın immunitetini necə
Sağlamlıq
162

Uşağın immunitetini necə gücləndirmək olar?

Pediatr Morozova: “Uşağın immun sistemi 16 yaşına qədər tam formalaşmır”.

E-saglam.az xəbər verir ki, qrip mövsümündə uşaqlarda tez-tez xəstələnmə halları artır. “Tibb” ASC-nin baş pediatrı, tibb elmləri namizədi Yekaterina Morozova Gazeta.Ru-ya açıqlamasında uşaqlarda immunitetin formalaşması və onu gücləndirməyin yollarından danışıb.

Həkimin sözlərinə görə, uşaqlar böyüklərə nisbətən daha tez-tez xəstələnirlər, çünki onların immun sistemi hələ tam formalaşmayıb. İmmunitet 16 yaşa qədər tədricən inkişaf edir və bu dövrdə bir neçə “zəif mərhələ” olur – xüsusilə doğuşdan sonrakı ilk aylar, 3–6 ay, 2 yaş və 4–6 yaş arası dövrlər.

Morozova bildirir ki, immun sisteminin əsas dayağı düzgün qidalanma və sağlam həyat tərzidir.

“6 aya qədər körpələr yalnız ana südü ilə qidalanmalıdır. Daha sonra menyuya tərəvəz, meyvə, ət, balıq və süd məhsulları əlavə etmək lazımdır. Şəkər, duz və zərərli qidalardan uzaq durmaq, bol su içmək vacibdir”, – deyə həkim qeyd edib.

Bundan əlavə, uşaqların kifayət qədər yatması, gündəlik fiziki aktivliyi, emosional dəstəyi və gigiyena qaydalarına riayət etməsi immunitetin möhkəmlənməsində mühüm rol oynayır.

Morozova həmçinin peyvəndlərin vacibliyini vurğulayıb: “Qızılca, göy öskürək, poliomielit, difteriya, tetanoz və qripə qarşı vaksinlər uşağın uzunmüddətli müdafiəsini təmin edir".

Həkim sonda əlavə edib: “Uşağın immuniteti qiymətli resursdur. Onu düzgün qidalanma, aktivlik və profilaktika ilə qorumaq gələcək sağlamlığın əsasını qoyur".

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun