Qidalanma
Təbii kürüdən 4-5 dəfə ucuzdur: Həkimlər süni kürünün
Qidalanma
177

Təbii kürüdən 4-5 dəfə ucuzdur: Həkimlər süni kürünün sağlamlığa təsirindən danışdı

Təbii qırmızı kürü bir çoxları üçün baha olduğundan, mağaza rəflərində onun daha ucuz alternativi — imitasiya olunmuş (süni) ikra getdikcə daha çox yayılır. Bəs bu məhsul nə dərəcədə təhlükəsizdir və orqanizmə zərər verirmi?

E-saglam.az xəbər verir ki, məsələyə dietoloq-endokrinoloq, qastroenteroloq və pediatr aydınlıq gətirib.

 Qiymət fərqi:

İstehlakçı Hüquqlarının Müdafiəsi Milli İttifaqının sədri Pavel Şapkinin sözlərinə görə, süni kürü təbii kürüdən 4–5 dəfə ucuzdur.

 Süni ikra nədən hazırlanır:

“SM-Klinika”nın endokrinoloqu Darya Neçayeva izah edir ki, imitasiya olunmuş ikra əsasən aşağıdakı tərkib hissələrindən ibarətdir:

Konsentratlaşdırılmış balıq bulyonu,

Dəniz yosunu tozu (qalınlaşdırıcı rolunda),

Ədviyyat və dadlandırıcı əlavələr (qlutamat natri kimi),

Limon və süd turşuları,

Qida boyaları.

“İdeal halda rəng üçün təbii boyalardan — məsələn, paprikadan alınan ekstrakt və ya aktivləşdirilmiş kömür istifadə edilməlidir. Lakin təcrübədə çox zaman ucuz kimyəvi boyalar seçilir”, – deyə həkim vurğulayıb.

 Zərəri nədədir?

Dietoloqun fikrincə, süni kürü orqanizmə zərər verə bilər, çünki:

Tərkibində çoxlu konservant var;

Duz miqdarı yüksəkdir, bu da orqanizmin su-duz balansını pozur;

Turşu və süni əlavələr allergiyaya səbəb ola bilər.

“Məhsulu şüşə qabda seçmək daha doğrudur – belə məhsullar adətən pastеrizasiyadan keçir”, – deyə mütəxəssis əlavə edib.

Həkim həmçinin pendir və ya krem əlavəli süni kürü növlərindən uzaq durmağı məsləhət görür, çünki bu məhsullar “sadəcə dad artırıcı və bitki yağlarından ibarətdir, heç bir faydası yoxdur”.

Bəs faydası varmı?

Tam süni mənşəli olsa da, belə kürü bəzi faydalı komponentlər də daşıya bilər:

Yosunlarda olan yod və brom qalxanabənzər vəz üçün faydalıdır;

Balıq yağı – A və D vitaminləri, həmçinin Omeqa-3 mənbəyidir;

Guar saqqızı (qalınlaşdırıcı) bağırsaq fəaliyyətini yaxşılaşdırır və xolesterini azaldır.

Bununla belə, mütəxəssislər bildirir ki, bu faydalar məhsulun ümumi kimyəvi tərkibini kompensasiya etmir.

 Pəhriz və çəki baxımından:

“SM-Klinika”nın qastroenteroloqu, tibb elmləri namizədi Anna Denisova qeyd edir ki, süni kürü təbii məhsulla müqayisə oluna bilməz:

“Bəli, onun kaloriliyi daha azdır — 63 kkal, təbii kürüdə isə bu rəqəm 265-dir. Amma əsas fərq — zülal miqdarındadır: süni kürüdə cəmi 1 qram zülal var. Bu da orqanizm üçün demək olar ki, heç bir qida dəyəri yaratmır.”

Həkim əlavə edib ki, xolesterin səviyyəsi yüksək olan insanlara belə məhsullardan uzaq durmaq tövsiyə olunur.

 Uşaqlar və hamilələr üçün uyğundurmu?

“Medicina” klinikasının (akademik Roytberq adına) pediatriya şöbəsinin baş həkimi, tibb elmləri namizədi Aleksandra Naumova bu suala belə cavab verir:

“Əgər məhsul jelatin və boyalardan hazırlanıbsa, heç bir faydası yoxdur, amma ciddi zərər də verməz. Lakin tərkibində heyvani zülal və sintetik rəngləndiricilər varsa, uşaqlarda allergik reaksiya riski artır.”

Naumovanın sözlərinə görə, hamilələr üçün vəziyyət eynidir — süni kürüdə dölün və qadının ehtiyaclarını ödəyəcək qədər vitamin, zülal və yağ yoxdur. Buna görə də bu məhsul “faydalı qida” hesab edilə bilməz.

Süni kürü qiymət baxımından əlçatan olsa da, təbii məhsulun tam alternativi deyil. Onu yalnız keyfiyyətinə əmin olduğunuz halda və çox nadir hallarda Qeyd edək ki, unutmayın ki, ucuzluq sağlamlıqdan daha vacib deyil.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun