Tibbi xəbərlər
36 min ödəmişəm, anamı da
Tibbi xəbərlər
26

36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər

Sentyabrın 25-i Respublika Diaqnostika Mərkəzində əməliyyat olunan qadın vəfat edib.

E-saglam.az xəbər verir ki,  xəbər verir ki, mərhumun qızı Lamiyə Quliyeva anası Ziyafət Səfiyevanın ölümündə həkimləri günahlandırır.

Onun sözlərinə görə, anasının başında xoşxassəli şiş aşkarlanıb və o, xəstəxanaya yerləşdirilərək əməliyyat olunub:

“Bizə Tural Rəhimli tərəfindən deyildi ki, bu, çox sadə əməliyyatdır, qorxulu heç nə yoxdur. Lakin əməliyyatdan bir gün sonra anamda kəskin beyin qanaması baş verdi. Belə vəziyyətdə biz 3 saat həkimi gözlədik, amma o, xəstəxanaya gəlmədi. Anam həmin müddət ərzində təcrübəsiz rezidentlərin və naşı tibb bacılarının nəzarətində qaldı. Yalnız anamın ağzından köpük gəldikdən sonra Tural Rəhimli xəstəxanaya gəlib və əməliyyata başladılar. Ondan anamın bu vəziyyətə düşmə səbəbini soruşanda isə “bilmirəm” dedi. Mənim anamın günahı nə idi? 36 min manat verdim, amma anamı öldürüb mənə verdilər”, – deyə Lamiyə Quliyeva bildirib.

Qeyd edək ki, şikayətlə bağlı xəstəxana rəhbərliyi ünvanlanan sualları cavabsız qoyub.

© Qafqazinfo

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun