Qidalanma
Bədənin iltihabını azaldan
Qidalanma
69

Bədənin iltihabını azaldan 3 ədviyyat

İdaho Universitetinin alimləri qara bibər, darçın və karanfilin bədənin iltihabını azaltmaq və hüceyrələri oksidləşdirici stresdən qorumaqda təsirli olduğunu açıqlayıblar.

E-saglam.az xəbər verir ki, tədqiqatın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Mütəxəssislər bildirirlər ki, bu ədviyyatlar yüksək polifenol tərkibinə malikdir. Polifenollar iltihab əleyhinə və antioksidant xüsusiyyətləri ilə hüceyrələrin qorunmasında iştirak edir, ürək-damar sisteminə, metabolizmaya və yaşlanma proseslərinə müsbət təsir göstərir.

Tədqiqat çərçivəsində 212 yetkin iştirakçı 27 fərqli kulinariya ədviyyatının istehlak tezliyini qeyd edib. Analiz göstərdi ki, ədviyyatlardan alınan polifenol miqdarı ayda orta hesabla 680 mq təşkil edir ki, bu da bu maddələrin ümumi qida qəbulunun təxminən 12%-ni təşkil edir. Ən böyük töhfə isə qara bibər, darçın və karanfilə aiddir.

Alimlər vurğulayırlar ki, klinik və populyasiya tədqiqatlarında ədviyyatlar tez-tez nəzərə alınmır, halbuki yeməyə ədviyyat əlavə etmək kalori artırmadan pəhrizin bioloji dəyərini yüksəltməyin asan və effektiv yoludur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun