Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenkoya istinadən RİA Novosti xəbər verir ki, çərşənbə günü insan bioritmi baxımından həftənin ən səmərəli iş günüdür, cümə axşamı isə məhsuldarlığın ən az olduğu gün hesab olunur.
E-saglam.az xəbər verir ki, Onishenko qeyd edib ki, bazar ertəsi və çərşənbə axşamı performans artımını göstərir və çərşənbə günü pik həddə çatır. Bu səbəbdən çərşənbə bioritmin ən təsirli günü sayılır, ardından məhsuldarlıq kəskin azalır.
Akademik məktəblərdə dərs planlamasında bioritmlərin nəzərə alınmasının vacibliyini vurğulayaraq cümə axşamı çətin mövzular və testlərin təyin edilməməsini tövsiyə edib.
Tərcümə: Nəzrin Abbas