Faydalı
Bir şeyi xatırlamağın ən
Faydalı
2589

Bir şeyi xatırlamağın ən effektiv yolu

Məqsədyönlü səy məlumatı yadda saxlamağın ən təsirli üsuludur.

E-saglam.az xəbər verir ki, "Merrimak Kollec"in (ABŞ) alimləri müəyyən ediblər ki, məlumatı qəsdən yadda saxlamaq niyyəti, emosional reaksiyalardan daha güclü təsir göstərir. Araşdırmaya rəhbərlik edən Dr. Laura Kurdzelin sözlərinə görə, insan beynində yaddaş prosesi düşündüyümüzdən daha çox idarə olunur. Tədqiqatın nəticələri "Frontiers in Behavioral Neuroscience" jurnalında dərc olunub.

Alimlər yaddaşda emosiyaların və məqsədyönlü səylərin rolunu müqayisə ediblər. İştirakçılara bir sıra sözlər göstərilib və onlardan bəzilərini yadda saxlamaq, bəzilərini isə unutmaq xahiş olunub. Sözlərin bir hissəsi mənfi emosional mənaya malik idi, digərləri isə neytral idi.

Nəticədə məlum olub ki, iştirakçılar ən çox o sözləri xatırlayıblar ki, onlara bu sözləri xüsusi olaraq yadda saxlamaq tapşırılıb – hətta bu sözlər emosional baxımdan güclü olmasa da. Bununla belə, həmin qrupda emosional sözlərin yadda qalma ehtimalı bir qədər yüksək olub.

Dr. Kurdzel bildirib:

“Qəsdən xatırlamağı və ya unutmağı seçməyimiz, məlumatın emosional məzmunundan daha böyük rol oynayır. Biz xatirələrimizi düşündüyümüzdən daha çox idarə edə bilirik”.

Tədqiqat müəllifləri vurğulayırlar ki, şüurlu diqqət və motivasiya yaddaşın formalaşmasında əsas faktorlardır. Emosiyalar bu prosesi gücləndirə bilər, lakin onun yerini tuta bilməz.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun