Faydalı
Hansı yataq örtükləri
Faydalı
2604

Hansı yataq örtükləri yuxunu yaxşılaşdırır?

Yuxu keyfiyyətimizi və ümumi rifahımızı birbaşa təsir edən amillərdən biri düzgün yataq dəstidir.

E-saglam.az xəbər verir ki, yuxu mütəxəssisləri, fərqli tələblərə uyğun materiallardan hazırlanmış yataq örtüklərinin seçilməsinin vacibliyini vurğulayır.

Qış üçün lyocell:
Lyocell yataq dəstləri qış mövsümü üçün idealdır. Bu parça istiliyi saxlayır, nəmi udur, lakin eyni zamanda yüngül və nəfəs alandır. Lyocell süni istehsal olunmasına baxmayaraq, evkalipt ağacından əldə edilir və yüksək keyfiyyətli pambığa bənzəyir.

İsti mövsüm üçün yüngül materiallar:
İstidə yatmağı sevənlər kətan, bambuk və ya lyocell yataq dəstlərini seçməlidirlər. Bu materiallar yüngül, nəfəs ala bilən və nəmi yaxşı udan xüsusiyyətlərə malikdir, beləliklə yuxu daha rahat olur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun