Yaşıl noxud yalnız dadlı tərəvəz deyil – sağlamlıq üçün çox faydalıdır.
E-saglam.az xəbər verir ki, o, liflə zəngin olduğundan həzm prosesini yaxşılaşdırır, şişkinlik və qazın qarşısını alır. Eyni zamanda vitaminlər (A, C, K) və minerallarla dolu olan yaşıl noxud immuniteti gücləndirir, ürək-damar sağlamlığını dəstəkləyir və qan şəkərinin stabilliyinə kömək edir.
Qeyd edək ki, noxudu azca buxarda bişirmək və ya təzə salatlarda istifadə etmək faydalı təsirini qoruyur və gündəlik menyuya əlavə etmək həzm və enerji üçün idealdır.
Nəzrin Abbas