Ən çox E. Coli bakteriyası səbəb olur:
Prof. Dr. Mocan qeyd edib ki, sidik yolları infeksiyalarının əsas səbəbkarı Escherichia coli (E. Coli) bakteriyasıdır. Bununla yanaşı Stafilokok, Klebsiella, Proteus, Pseudomonas, Enterokok və uzunmüddətli antibiotik istifadəsi nəticəsində Candida kimi göbələklər də infeksiyaya səbəb ola bilər.
Xüsusilə sidik kateterindən istifadə infeksiya riskini artırır.
Alt sidik yollarında yaranan infeksiyalar “sistit” və “uretrit”, yuxarı sidik yollarını zədələyənlər isə “pielonefrit” adlanır. Sistitdə tez-tez sidiyə getmə, sidik ifrazı zamanı yanma və sidik qaçırma müşahidə olunur. Pielonefritdə isə qızdırma, bel ağrısı, ürəkbulanma, qusma və ümumi halsızlıq ön plana çıxır.
Diaqnoz və müalicəni gecikdirməyin:
“Sidik yolları infeksiyalarında diaqnoz adətən sidik analizi və sidik əkini vasitəsilə qoyulur”, – deyə Prof. Dr. Mocan bildirib.
“Müalicə infeksiyanın yerləşdiyi yerə, ağırlıq dərəcəsinə, xəstənin yaşına və hamiləlik vəziyyətinə görə planlaşdırılır. Düzgün antibiotik istifadəsi, bol su içmək, gigiyena qaydalarına əməl etmək və mütəmadi həkim nəzarəti vacibdir”.
Hamilə qadınlar və uşaqlarda daha risklidir:
Mütəxəssis qeyd edib ki, hamilə qadınlarda sidik yolları infeksiyası vaxtından əvvəl doğuşa və az çəkili körpə dünyaya gəlməsinə səbəb ola bilər. Buna görə də hamilələrə hər ay sidik analizi vermək tövsiyə olunur.
Kəskin pielonefrit aşkarlanan hamilələr mütləq xəstəxanada nəzarət altında, serum müalicəsi ilə izlənməlidir. Uşaqlarda isə bu vəziyyət qızdırma, qarın ağrısı, sidiyin pis qoxulu olması və narahatlıq kimi əlamətlərlə özünü göstərə bilər. Erkən diaqnoz gələcəkdə böyrəklərdə daimi zədələnmənin qarşısını almaq baxımından həyati əhəmiyyət daşıyır.
Qorunma yolları:
Prof. Dr. Ziya Mocan sidik yolları infeksiyalarından qorunmaq üçün aşağıdakı tövsiyələri verib:
- Gündə 2,5–3 litr su içmək
- Şəxsi və genital gigiyenaya diqqət yetirmək
- İslak mayo ilə uzun müddət qalmaqdan çəkinmək
- Ayaqları isti saxlamaq
- Soyuq havalarda ehtiyatlı olmaq
- Cinsi gigiyenaya əməl etmək
- Lazımsız antibiotik istifadəsindən uzaq durmaq