Qidalanma
Qlütensiz pəhriz hər kəs üçün
Qidalanma
156

Qlütensiz pəhriz hər kəs üçün uyğun deyil

Qidalanma üzrə mütəxəssis Mısra Aydın bildirib ki, qlütensiz pəhriz sağlam insanlar üçün lazım olmayan məhdudiyyətlər və balanssız qidalanma yarada bilər.

E-saglam.az xəbər verir ki, qlütensiz qidalanma yalnız çölyak xəstələriqlütenə qarşı həssaslığı olanlar üçün vacibdir. Sağlam insanlar üçün isə bu pəhriz faydadan çox zərər gətirə bilər.

Aydının sözlərinə görə, qlüten buğda, arpa və çovdarda olan bir zülaldır və yalnız həssas şəxslərdə bağırsaqlara zərər verir.

O bildirib ki, qlütensiz pəhriz zamanı orqanizm lif, B vitaminləri, dəmir və sink kimi vacib maddələrdən məhrum qala bilər.
Bundan başqa, bir çox qlütensiz məhsul az qida dəyərinə malikdir və qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər.

Aydın vurğulayıb ki, qlütensiz qidalanan bəzi insanlar arıqlaya bilər, lakin bu, qlütensizliyin deyil, emal olunmuş və şəkərli qidaların azaldılmasının nəticəsidir.

Nəticə olaraq, mütəxəssis xəbərdarlıq edib:

“Qlütensiz pəhriz yalnız tibbi zərurəti olanlar üçün faydalıdır. Sağlam insanlar üçün isə bu, lazımsız risk və qida çatışmazlığı yarada bilər. Əsas məqsəd qlütensiz deyil, dengəli və keyfiyyətli qidalanma olmalıdır”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun