Psixologiya
Alış-veriş asılılığı müalicə tələb edir -
Psixologiya
188

Alış-veriş asılılığı müalicə tələb edir - Diqqət

Harran Universitetinin Psixiatriya kafedrasının müdiri Prof. Dr. Mehmet Asoğlu xəbərdarlıq edib ki, artan alış-veriş asılılığı vaxtında müalicə olunmazsa, psixi pozğunluqlara səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Asoğlunun sözlərinə görə, alış-veriş əslində insanın ehtiyaclarını qarşılamaq üçün etdiyi təbii bir davranışdır, lakin hər davranışın həddi aşdıqda zərərli hala gəlməsi mümkündür.

“Ehtiyac olmayan bir şeyi sanki vacibmiş kimi, maddi imkanları nəzərə almadan almaq, sonradan peşman olmaq, ailə və sosial münasibətlərin pozulmasına səbəb olmaq və bu davranışı təkrar etmək artıq bir asılılıq sayılır. Bu vəziyyət mütləq müalicə edilməlidir. Əks halda müxtəlif psixi xəstəliklərin yaranmasına zəmin yarada bilər,” – deyə Asoğlu bildirib.

Mütəxəssis əlavə edib ki, reklamlar və sosial media bu davranışı daha da gücləndirir, insanlar bəzən yalnız qısa müddətli məmnunluq hissi üçün lazımsız alış-veriş edirlər.

Cəmiyyətdə alış-veriş asılılığının artdığını vurğulayan Prof. Dr. Asoğlu qeyd edib:

“Bu problemi aradan qaldırmaq üçün fərdin öz davranışının fərqinə varması çox vacibdir. Bunun üçün psixoloji maarifləndirmə (psixo-təhsil) proqramları aparılmalıdır. Ən vacib addımlardan biri isə kredit kartlarından uzaq durmaqdır”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun