Tibbi xəbərlər
Könüllü qan donorlarının sayı Azərbaycanda
Tibbi xəbərlər
52

Könüllü qan donorlarının sayı Azərbaycanda sürətlə artır

Bu ilin ilk doqquz ayı ərzində 100 minə yaxın şəxs könüllü şəkildə qan verərək donor olub.

E-saglam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Qan Bankından məlumat verilib.

Bildirilib ki, son illərdə Azərbaycanda könüllü qan donorlarının sayında nəzərəçarpacaq artım qeydə alınıb:

"Ötən ilin eyni dövründə təxminən 93 min nəfər donor qeydə alınmışdı".

Qurumdan verilən məlumata görə, hazırda Respublika Qan Bankında və onun regional bölmələrində daimi qan köçürülməsi tələb edilən pasiyentlər, rutin tibbi əməliyyatlar və təcili hallar üçün kifayət qədər ehtiyat mövcuddur.

©Report

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun