Sağlamlıq
Alimlər menopauza zamanı quru göz
Sağlamlıq
62

Alimlər menopauza zamanı quru göz riskindən danışıb

Beynəlxalq tədqiqatçılar qrupu menopauza dövründə qadınlarda quru göz sindromunun daha geniş yayıldığını xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, araşdırma "Menopause" jurnalında dərc olunub.

Quru göz sindromu gözlərin kifayət qədər göz yaşı çıxarmaması və ya tez buxarlanması nəticəsində yaranır. Bu vəziyyət yanma, qızartı, qum hissi və iltihab yaradır; irəliləmiş hallarda isə buynuz qişasının zədələnməsi və görmə qabiliyyətinin itkisi mümkündür.

Tədqiqatda orta yaşı 52 olan 3500-dən çox qadın iştirak edib. Nəticələr göstərdi ki, postmenopozal qadınlarda xəstəlik 57%, menopoz əvvəli keçid mərhələsində olanlarda isə 53% hallarda rast gəlinib. Araşdırma həmçinin hormonal dəyişikliklərin quru göz riskini artırdığını təsdiqləyib.

Tədqiqat müəllifi Deborah Yankielewicz bildirir ki, orta yaşlı qadınlar üçün standart tibbi anketlərə quru göz simptomlarının qiymətləndirilməsi daxil edilməlidir.

Həkimlər tövsiyə edir ki, menopauza dövründə göz sağlamlığına diqqət artırılsın və vaxtında müalicə tədbirləri görülsün.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun