Tibbi xəbərlər
Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? -
Tibbi xəbərlər
223

Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? - Açıqlama

Sosial şəbəkələrdə Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin dabaq xəstəliyinə yoluxması barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən E-saglam.az-a bildirilib ki, sözügedən məlumat həqiqətə uyğun deyil.

Qeyd edilib ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb: “Hazırda ölkə ərazisində bu xəstəliklə bağlı insanlar arasında yoluxma faktı aşkarlanmayıb.

Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər.

Eyni zamanda, media nümayəndələrindən xahiş edirik ki, ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi və dəqiqləşdirilmiş məlumatları yayımlasınlar”.

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun