Qidalanma
Qastroenteroloq: Makaron düzgün yeyildikdə kökəlməyə
Qidalanma
151

Qastroenteroloq: Makaron düzgün yeyildikdə kökəlməyə səbəb olmur

Qastroenteroloq Ekaterina Kaşux makaron haqqında geniş yayılmış bir neçə mifi təkzib edib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, makaron “boş kalori” deyil və düzgün seçildikdə sağlam qidalanmanın bir hissəsi ola bilər.

Həkim bildirib ki, tam taxıl və bərk buğdadan hazırlanan makaron tərkibində yalnız karbohidrat deyil, həm də lif, B qrup vitaminləri və minerallar saxlayır.

Kaşux vurğulayıb ki, artıq çəkiyə səbəb olan məhz makaron deyil, onunla birlikdə istifadə olunan yağlı souslar və yarı hazır məhsullardır. O qeyd edib ki, tərəvəz və zülallarla birlikdə yeyilən bərk buğda makaronu orqanizmə zərər vermir və çəki artımına gətirib çıxarmır.

Mütəxəssis əlavə edib ki, doğru növ və bişirmə üsulu seçildiyi halda makaron tamamilə sağlam pəhrizin bir hissəsi ola bilər. Onun fikrincə, bərk buğda və ya tam taxıllı makaronun orta dərəcədə qəbulu həm dadlı, həm də faydalıdır.

Daha əvvəl endokrinoloq Maksim Kuznetsov “düzgün qidalanma bahalıdır” ifadəsini mif adlandıraraq, ucuz məhsulların da sağlam ola biləcəyini vurğulamışdı.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun