Moskva şəhərindəki Yusupov xəstəxanasının phleboloqu Elena Smirnova bildirib ki, uçuş zamanı tromboz riskini azaltmaq üçün sadə tədbirlər görmək mümkündür.
E-saglam.az xəbər verir ki, o qeyd edib ki, oturarkən gedişi təqlid edən hərəkətlər etmək faydalıdır. Bunun üçün ayaqları irəli-geri hərəkət etdirmək, ayaq biləklərini saat yönünə və əksinə fırlatmaq kifayətdir – hərəkətləri təxminən 5 dəqiqə davam etdirmək tövsiyə olunur.
Smirnova həmçinin uçuş zamanı kifayət qədər su içməyin və mümkün olduqda ayaqları uzada biləcəyiniz yerlərdə oturmanın trombozdan qorunmağa kömək etdiyini vurğulayıb.
Tərcümə: Nəzrin Abbas