Sağlamlıq
 Ağız quruluğunun
Sağlamlıq
160

Ağız quruluğunun əsas səbəbləri

Mütəxəssislər bildirirlər ki, ağızda quruluq (kserostomiya) orqanizmdə tüpürcək ifrazının azalması ilə əlaqədar yaranır və çox vaxt gündəlik vərdişlər və ya sağlamlıq problemləri ilə bağlı olur.

E-saglam.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bu halın ən geniş yayılmış səbəbləri arasında susuz qalmaq, stress, ağızla nəfəs alma, siqaret və alkoqol istifadəsi, eləcə də bəzi dərmanların qəbulu yer alır. Bundan əlavə, şəkərli diabet, Sjögren sindromuParkinson xəstəliyi kimi xroniki xəstəliklər də tüpürcək vəzilərinin fəaliyyətini zəiflədə bilər.

Mütəxəssislər ağız quruluğunun qarşısını almaq üçün gün ərzində kifayət qədər su içməyi, kofein və spirtli içkilərdən uzaq durmağı, həmçinin şəkərsiz saqqız çeynəməyi məsləhət görürlər. Uzunmüddətli hallarda isə həkimə müraciət etmək tövsiyə olunur.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun