Sağlamlıq
Diş daşı təmizliyi niyə vacibdir? –
Sağlamlıq
156

Diş daşı təmizliyi niyə vacibdir? – Stomatoloqdan xəbərdarlıq

Stomatoloqlar diş daşı təmizliyinin ağız sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər.

E-saglam.az xəbər verir ki, diş daşları mütəmadi təmizlənmədikdə ağızda bakteriyaların çoxalmasına, diş ətinin iltihabına və hətta diş itkisinin yaranmasına səbəb ola bilər.

Diş həkimi Aygün Məmmədova deyir ki, diş daşı əsasən tüpürcəkdəki duzların və bakteriyaların diş səthində yığılması nəticəsində yaranır:
“Ev şəraitində bu daşı tam təmizləmək mümkün deyil. Ona görə də hər altı aydan bir mütləq diş daşı təmizliyi aparılmalıdır. Əks halda diş əti qanamaları, xoşagəlməz qoxu və dişlərin boşalması kimi problemlər ortaya çıxır.”

Mütəxəssis qeyd edir ki, təmizləmə zamanı ultrasəs cihazlarından istifadə olunur və bu prosedur ağrısız şəkildə həyata keçirilir. Həkim həmçinin prosedurdan sonra düzgün ağız gigiyenasına əməl etməyin və müntəzəm diş ipindən istifadə etməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, diş daşı təmizliyi təkcə estetik məqsəd daşımır, həm də dişlərin sağlam qalması üçün ən təsirli profilaktik tədbirlərdən biridir.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun