Son illərdə Azərbaycanda və dünyada mədə kiçiltmə əməliyyatına (bariatrik cərrahiyyə) müraciət edənlərin sayı sürətlə artır.
E-saglam.az xəbər verir ki, həkimlər bildirirlər ki, bu prosedur artıq çəki və piylənmə ilə mübarizədə effektiv üsullardan biri olsa da, ciddi tibbi göstərişlər əsasında aparılmalıdır.
Cərrahların sözlərinə görə, əməliyyatın məqsədi mədənin həcmini azaldaraq xəstənin daha az qida qəbul etməsini təmin etməkdir. Nəticədə bədən çəkisi tədricən azalır və piylənmədən qaynaqlanan şəkərli diabet, hipertoniyа və ürək-damar xəstəlikləri kimi problemlərin riski azalır.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, əməliyyat sürətli arıqlama üsulu deyil. Bu, ciddi pəhriz və həyat tərzi dəyişiklikləri ilə müşayiət olunmalıdır. Əks halda, arıqlama müvəqqəti olacaq və fəsadlar yarana bilər.
Qastroenteroloqlar əməliyyatdan sonra xəstələrin vitamin və mineral çatışmazlığı, eləcə də mədə qıcqırması, zəiflik və hormonal dəyişikliklər kimi problemlərlə üzləşə biləcəyini bildirirlər.
Mütəxəssislər vətəndaşlara çağırış edirlər ki, belə əməliyyata qərar verməzdən əvvəl diyetoloq və cərrahla məsləhətləşsinlər, həmçinin yalnız ixtisaslı tibb müəssisələrində bu proseduru həyata keçirsinlər.
Nəzrin Abbas