Xəstəliklər
Qaraciyəri səssizcə zədələyən
Xəstəliklər
13

Qaraciyəri səssizcə zədələyən gündəlik vərdişlər

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bir çox insan qaraciyərinə zərər verən vərdişləri bilmədən hər gün təkrarlayır. Bu isə zamanla qaraciyərin fəaliyyətini zəiflədir və ciddi xəstəliklərə yol aça bilər.

E-saglam.az xəbər verir ki, hepatoloq Aysel Məmmədovanın sözlərinə görə, qaraciyəri ən çox pəhriz pozğunluğu və passiv həyat tərzi yorur.

“Qızardılmış, yağlı yeməklər, şirin qazlı içkilər və spirtli məhsullar qaraciyərin detoks funksiyasını zəiflədir. Həmçinin gec saatlarda yemək və az su içmək də orqanı yükləyir,” – deyə o bildirib.

Mütəxəssis vurğulayıb ki, dərmanların nəzarətsiz istifadəsi də qaraciyərin əsas düşmənlərindən biridir. Xüsusilə ağrıkəsicilər və antibiotiklərin uzunmüddətli istifadəsi qaraciyər hüceyrələrini zədələyə bilər.

Həkim həmçinin yuxusuzluq və stressin də bu orqanın fəaliyyətinə mənfi təsir etdiyini deyib. Çünki qaraciyər gecə saatlarında bədəni toksinlərdən təmizləyir və bu proses yuxu rejimi pozulduqda zəifləyir.

Məmmədova sağlamlığın qorunması üçün balanslı qidalanma, kifayət qədər su qəbulu, fiziki aktivlik və stressdən uzaq həyat tərzi tövsiyə edib:

“Qaraciyəri qorumaq bahalı dərmanlarla deyil, düzgün gündəlik seçimlərlə mümkündür”.

Qeyd edək ki, həkimlər ildə azı bir dəfə qaraciyər analizlərinin verilməsini və profilaktik müayinənin keçirilməsini tövsiyə edirlər.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun