Xəstəliklər
Ürək 20 dəqiqə dayanarsa,
Xəstəliklər
144

Ürək 20 dəqiqə dayanarsa, beyin ölürmü?

Müğənni Fatih Ürek evdə ürək tutması keçirdikdən sonra tibbi qruplar tərəfindən 20 dəqiqə davam edən reanimasiya nəticəsində həyata qaytarılıb. Hadisə bir sualı yenidən gündəmə gətirib: ürək 20 dəqiqə dayanarsa, beyin ölürmü?

E-saglam.az xəbər verir ki, nevroloq Prof. Dr. Derya Uludüz bildirir ki, qəfil ürək dayanmasında sağ qalmanı müəyyən edən əsas orqan ürək yox, beyindir.

Ürək dayandıqda qan axını və oksigen təchizatı dərhal kəsilir. Beyin oksigensiz qalanda enerji istehsalı dayanır, sinir hüceyrələri elektrik siqnallarını itirir və saniyələr içində geri dönüşü çətin bir zədələnmə prosesi başlayır.

Beyin oksigensizliyə nə qədər dözür?

Normal şəraitdə beyin cəmi 4–6 dəqiqə oksigensiz qalmağa davam gətirə bilir. 10 dəqiqədən artıq davam edən oksigensizlik isə əksər hallarda davamlı beyin zədələnməsi ilə nəticələnir.

20 dəqiqə necə mümkün olur?

Bəzi hallarda beyin terapevtik hipotermiya, yəni bədənin soyudulması ilə qorunur. Soyudulmuş beyində maddələr mübadiləsi yavaşlayır, hüceyrələrin oksigenə tələbi azalır və bu sayədə beyin 15–20 dəqiqəyə qədər dözümlü ola bilir.

Ürək yenidən başladıqda hər şey normala dönürmü?

Xeyr. Ürək işə düşsə də, beyində oksigen çatışmazlığı nəticəsində yaranan zədələr qalıcı ola bilər. Həmçinin, oksigenin birdən-birə geri qayıtması reperfuziya zədəsi adlanan ikinci zədələnməyə səbəb ola bilər.

Beyni qorumağın yolları

Mütəxəssislər beyin sağlamlığını gücləndirmək üçün aşağıdakı üsulları tövsiyə edir:
– Hər gün 15 dəqiqə 40 Hz tezlikli musiqi dinləmək diqqəti artırır və yaddaşı gücləndirir.
Ritmik nəfəs məşqləri vagus sinirini aktivləşdirərək stresi azaldır.
Güzgü terapiyası motor bacarıqları bərpa etməyə kömək edir.
– Gün ərzində fərqli əldən istifadə etmək beynin yarımkürələri arasında əlaqəni gücləndirir.
Rəqs və musiqi beynin müxtəlif hissələrini eyni anda işə salır, öyrənmə qabiliyyətini artırır.
Yeni dil öyrənmək və ya vaxtlı oruc tutmaq neyroplastikliyi – yəni beynin yenilənmə qabiliyyətini – artırır.

Qoxuların rolu

Lavanda, limon və rozmarin kimi qoxular limbik sistemə birbaşa təsir edərək dopamin və serotoninin ifrazını artırır, zehni aydınlıq və rahatlıq yaradır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun