"EUROKAPPA Clinic" in diş həkimi Viktoriya Radko lolipopları dişlər üçün ən zərərli şirniyyat adlandırıb.
E-saglam.az xəbər verir ki, lolipop uzun müddət ağızda qaldığı üçün diş minasına ciddi zərər vurur, diş çürüməsinə və uşaqlarda dişlərin qeyri-düzgün düzülməsinə səbəb ola bilər.
Radko bildirib ki, lolipop mina ilə 10–15 dəqiqə təmasda qalır və bu müddətdə ağızda turşuluq artır, bakteriyalar aktivləşir. O, tamamilə şirniyyatdan imtina etməməyə, lakin ksilitollu və təbii şəkərli alternativlər seçməyə tövsiyə edib.
Həkim əlavə edib ki, desertləri əsas yeməkdən sonra yemək və şirniyyatdan sonra ağzı su ilə yaxalamaq diş çürüməsinin qarşısını almağa kömək edir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az