Xəstəliklər
Bu virus uşaqlarda iflicə
Xəstəliklər
102

Bu virus uşaqlarda iflicə səbəb olur

İnfeksion xəstəliklər üzrə mütəxəssis Vladimir Neronov uşaqlarda poliomielitin (uşaq iflici) qəfil inkişaf edə biləcəyi və cəmi bir neçə saat ərzində geri dönməz iflicə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, bu barədə o, "RİA Novosti"yə müsahibəsində danışıb.

Neronov bildirib ki, uşaqlıq infeksiyalarının əksəriyyətindən fərqli olaraq, poliomielit çox sürətlə irəliləyir. Virus onurğa beyninin motor neyronlarına hücum edərək iflic, tənəffüs çatışmazlığı və hətta ölümə gətirib çıxara bilər.

“Bu ağır fəsadlar qəfil başlaya bilər. Xəstələrin 0,1–1 faizində iflic forması inkişaf edir və bəzən bu, tam sağlamlıq fonunda — öskürək, burun axması və ya digər əlamətlər olmadan baş verir. Bu, xəstəliyi xüsusilə məkrli edir”, — deyə həkim vurğulayıb.

Əvvəllər infeksionist Vera Serezhin soyuqdəymə və qrip mövsümünə hazırlaşmaq üçün pəhrizə çaytikanı daxil etməyi tövsiyə etmişdi.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun