Sağlamlıq
Qrip və soyuqdəymə eyni deyil –
Sağlamlıq
147

Qrip və soyuqdəymə eyni deyil – fərqi nədədir?

Payız və qış mövsümündə çoxları özlərini halsız hiss etdikdə bunun sadəcə soyuqdəymə olduğunu düşünür. Lakin mütəxəssislər bildirirlər ki, qrip və soyuqdəymə fərqli virusların yaratdığı iki ayrı xəstəlikdir və onların gedişi, simptomları da bir-birindən xeyli fərqlənir.

E-saglam.az xəbər verir ki, soyuqdəymə adətən yüngül keçir, əsasən burun axması, boğaz ağrısı və azacıq temperatur yüksəlməsi ilə müşahidə olunur. Xəstəlik adətən 5–7 günə keçir və ciddi fəsadlar yaratmır.

Qrip isə çox daha ağır seyr edir – halsızlıq, əzələ və baş ağrısı, yüksək (38–40°C) hərarət, bəzən isə öskürək və boğaz ağrısı ilə müşayiət olunur. Qrip virusu immun sistemi zəiflətdiyi üçün bronxit, pnevmoniya kimi ağırlaşmalara səbəb ola bilər.

Həkimlər xəbərdarlıq edirlər ki, qrip zamanı özbaşına müalicə aparmaq təhlükəlidir. Xəstəliyin ilkin mərhələsində istirahət, bol maye qəbulu və həkim nəzarəti vacibdir.

Profilaktika üçün əllərin tez-tez yuyulması, maska taxmaq, balanslı qidalanmaq və qrip peyvəndi vurulmaq tövsiyə olunur.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun