Kulinariya
Restoranlarda ət və balıq yeməyi sağlamlıq üçün təhlükəlidir -
Kulinariya
105

Restoranlarda ət və balıq yeməyi sağlamlıq üçün təhlükəlidir - DİQQƏT

Tibb fakültəsinin cərrahiyyə kafedrasının müəllimi, doktor Aleksandr Umnov restoranlarda az bişmiş ət və balıq yeməklərinin sağlamlığa ciddi zərər verə biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, son illərdə biftek, tartar, karpaççio və çiy balıq kimi yeməklərə maraq artsa da, bu məhsullar Campylobacter kimi təhlükəli bakteriyalarla yoluxma riskini artırır. Həkim qeyd edib ki, bu infeksiya artrit, miokardit, enterokolit, meningit və hətta spontan aborta səbəb ola bilər.

Umnov əlavə edib ki, az bişmiş ətlərin tərkibində lent qurdları (helmintlər) da ola bilər. Bu parazitlər insan orqanizminə keçərək yuxusuzluq, baş ağrısı, ürək döyüntüləri, allergiya, ishal və qusma kimi simptomlara yol aça bilər.

Mütəxəssis xəbərdarlıq edir ki, “dərin dondurma və tam bişirmə bu mikroorqanizmləri məhv etsə də, çiy və ya az bişmiş ətlərin yeyilməsi ağır zəhərlənmə, susuzlaşma və hətta ölüm riski yaradır”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun