Sağlamlıq
TSH hormonu nədir və
Sağlamlıq
96

TSH hormonu nədir və nə zaman yoxlanılmalıdır?

Tiroid stimullaşdırıcı hormon (TSH) orqanizmdə maddələr mübadiləsini tənzimləyən əsas göstəricilərdən biridir.

E-saglam.az xəbər verir ki, hormon hipofiz vəzində istehsal olunur və qalxanabənzər vəzin fəaliyyətini idarə edərək, T3 və T4 hormonlarının ifrazını tənzimləyir.

TSH səviyyəsində dəyişikliklər qalxanabənzər vəz xəstəliklərinin – hipotireoz və hipertiroidizmin – erkən əlaməti ola bilər. Hormonun normadan yüksək olması qalxanabənzər vəzin zəif işlədiyini, aşağı olması isə artıq fəaliyyət göstərdiyini göstərə bilər.

Mütəxəssislər TSH analizinin aşağıdakı hallarda yoxlanılmasını tövsiyə edirlər:

- halsızlıq, yuxululuq və çəki artımı müşahidə olunduqda;

- ürək döyüntüsü, əsəbilik və arıqlama hallarında;

- hamiləlik planlaşdırılarkən və ya hamiləlik zamanı;

- ailədə qalxanabənzər vəz xəstəlikləri olduğu təqdirdə.

TSH analizi adi qan testi ilə aparılır və səhər acqarına verilməsi tövsiyə olunur. Vaxtında aparılan müayinə tiroid problemlərinin qarşısını almağa və düzgün müalicə planının seçilməsinə kömək edir.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun