Son illərdə həm qida, həm də sağlamlıq baxımından böyük maraq doğuran innab qədim Çin mənşəli, “ölümsüzlük meyvəsi” kimi tanınan bitkidir. Min illərdir becərilən bu meyvə təbii vitamin və antioksidant mənbəyi hesab olunur.
E-saglam.az xəbər verir ki, innab tərkibinə görə xüsusilə diqqət çəkir: C, B1, B2 və B6 vitaminləri, həmçinin flavonoidlər, amin turşuları və təbii şəkərlər baxımından çox zəngindir. Bu səbəbdən immun sistemi gücləndirir, yorğunluğu azaldır, sinir sistemini dəstəkləyir və bədəni zərərli sərbəst radikallardan qoruyur.
Müxtəlif elmi araşdırmalar innabın ürək-damar və həzm sistemi üçün faydalı olduğunu, iltihabı azaltdığını və xolesterin səviyyəsini tənzimləməyə kömək etdiyini göstərir. Onun antioksidant tərkibi hüceyrə yenilənməsini sürətləndirir, dərinin elastikliyini qoruyur və qocalma əlamətlərini ləngidir.
İnnab az su tələb edən, torpaq seçiciliyi olmayan və xəstəliklərə qarşı davamlı bir bitkidir. Bu xüsusiyyətlərinə görə son illərdə fermerlər tərəfindən də üstünlük verilir. Hər ağacdan orta hesabla 25 kiloqram məhsul əldə olunur və meyvənin bazar dəyəri yüksəkdir.
Təbii, sağlam və faydalı tərkibi ilə innab həm sağlam qidalanma, həm də ekoloji təmiz kənd təsərrüfatı üçün ideal hesab edilir.
Mütəxəssislər innabın gündəlik rasiona daxil edilməsini tövsiyə edir, çünki bu meyvə bədənə güc verir, immuniteti möhkəmləndirir və uzunömürlülüyə dəstək olur.
Tərcümə: Könül Oruc