Xəstəliklər
Anafilaktik şok: saniyələr içində ölüm riski yaradan
Xəstəliklər
114

Anafilaktik şok: saniyələr içində ölüm riski yaradan allergik reaksiya

Tibbi mütəxəssislər xəbərdarlıq edirlər: Anafilaktik (aniflakik) şok allergiyanın ən təhlükəli formasıdır və düzgün müdaxilə edilmədikdə bir neçə dəqiqə ərzində ölümcül nəticə yarada bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu vəziyyət adətən dərmanlara, qida məhsullarına, arı sancmasına və ya lateksə qarşı güclü allergik reaksiya zamanı yaranır. Anafilaktik şok zamanı orqanizmin immun sistemi allergeni “təhlükə” kimi qəbul edərək kəskin reaksiyaya səbəb olur.

Əlamətləri: xəstədə qəfil dodaq, dil və boğaz şişməsi, nəfəs darlığı, qaşınma və səpki, başgicəllənmə, təzyiqin düşməsi və şüur itkisi müşahidə olunur.

Həkimlər bildirirlər ki, belə hallarda vaxt itirmədən təcili yardım çağırmaq, varsa adrenalin inyeksiyasını (EpiPen) dərhal vurmaq lazımdır. Xəstə uzadılmalı, ayaqları qaldırılmalı və hava yolu açıq saxlanmalıdır.

Mütəxəssislər vətəndaşlara allergiyası olan şəxslərin həmişə adrenalin daşımasını və yaxınlarını onun istifadəsi qaydaları ilə tanış etməsini tövsiyə edirlər.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun