Faydalı
Evdə bitki saxlamaq həm bədəni, həm də
Faydalı
104

Evdə bitki saxlamaq həm bədəni, həm də zehni sağlamlaşdırır

Son illərdə ev şəraitində bitki saxlamaq həm dekorativ, həm də sağlamlıq baxımından geniş yayılıb.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, otaq bitkiləri təkcə mənzilin havasını təmizləmir, həm də insanın psixoloji vəziyyətinə müsbət təsir göstərir.

Bitkilər karbon qazını udaraq oksigen istehsal edir, havadakı toksinləri azaldır və rütubət balansını qoruyur. Xüsusilə aloevera, sanseveriya və xlorofitum kimi növlər nəfəs yolları üçün faydalı hesab olunur.

Psixoloqlar bildirirlər ki, yaşıl rəng və təbiət elementi insan beyninə sakitləşdirici təsir göstərir. Evdə bitkilərlə məşğul olmaq stressi və gərginliyi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır. Lavanda və yasəmən kimi bitkilər isə rahat yuxuya kömək edir.

Tədqiqatlara görə, evdə və iş mühitində bitki saxlamaq diqqəti və yaradıcılığı artırır. Yaşıl mühitdə çalışan insanların məhsuldarlığı orta hesabla 15–20 faiz yüksəlir.

Ekspertlər hesab edir ki, otaq bitkiləri həm təbiətlə əlaqəni gücləndirir, həm də evdə pozitiv enerji yaradır. 

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun