Xəbərlər
Rəşad Dağlı
Xəbərlər
128

Rəşad Dağlı əməliyyat olundu

Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub.

E-saglam.az xəbər verir ki, əməliyyat tibb məntəqəsində həyata keçirilib. 

Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə edildiyi bildirilir. 

Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyevlə əlaqə saxladıq. Vəkilin sözlərinə görə, Rəşad Dağlı tibbi müayinə olunub və onun əsasında kiçik bir cərrahi prosedur icra edilib:

“Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur".

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının 6 il 6 ay çəkilməmiş cəzası qalıb.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun