Qidalanma
Mentolun gücü: Nanə bədəni və beyni
Qidalanma
93

Mentolun gücü: Nanə bədəni və beyni necə rahatladır?

Mütəxəssislər bildirirlər ki, nanə yarpaqları tərkibindəki efir yağları və mentol sayəsində həm sinir sisteminə, həm də həzm orqanlarına müsbət təsir göstərir.

E-saglam.az xəbər verir ki, bitkinin tərkibindəki təbii maddələr stressi azaldır, baş ağrılarını yüngülləşdirir və nəfəs yollarını açır.

Fitoterapevtlər qeyd edirlər ki, nanə çayı mədə turşuluğunu tənzimləyir, köp və ürəkbulanma kimi narahatlıqları aradan qaldıra bilər. Bundan əlavə, nanə yarpaqları orqanizmdə iltihab proseslərinin qarşısını alır və immunitet sistemini gücləndirir.

Mütəxəssislər nanəni həm təzə, həm də qurudulmuş halda yeməklərə, salatlara və içkilərə əlavə etməyi tövsiyə edirlər. Lakin həddindən artıq istifadənin mədə qıcıqlanmasına səbəb ola biləcəyi də vurğulanır.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun