Xəstəliklər
Dəri və oynaqların “yaşlanma sürətini” necə
Xəstəliklər
90

Dəri və oynaqların “yaşlanma sürətini” necə azaltmaq olar?

Mütəxəssislər bildirirlər ki, hialuron turşusu dərinin nəmini və elastikliyini qoruyur, eyni zamanda oynaqların sağlamlığını dəstəkləyir.

E-saglam.az xəbər verir ki, yaş artdıqca bu maddənin səviyyəsi azalır, bu da qırışların və oynaq ağrılarının artmasına səbəb olur.

Daxili xəstəliklər üzrə həkim Dr. Dilara Palabıyık hialuron turşusunun orqanizmdəki rolunu belə izah edib: “Bu maddə bədənin nəmlik balansını qoruyur, qığırdaq toxumasını bərpa edir və dərini gənc saxlayır".

Uzmanlar hialuron səviyyəsini təbii yollarla artırmaq üçün sümük suyu, toyuq, balıq, C vitamini ilə zəngin meyvələr və yaşıl tərəvəzlərin rasionda olmasını tövsiyə edirlər. Gündə 8 stəkan su içmək və kafeindən uzaq durmaq da faydalıdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun