Faydalı
Avtomobilinizə sirkə qoyun -
Faydalı
117

Avtomobilinizə sirkə qoyun - Diqqət

Sadə bir mətbəx məhsulu olan sirkə avtomobildə bir çox fayda verir. O, həm buğulanmanı azaldır, həm pis qoxuları aradan qaldırır, həm də qışda şüşələrin donmasının qarşısını alır.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yarısı sirkə, yarısı sudan ibarət qarışığı sprey şüşəsinə töküb şüşələrə püskürtmək buğulanmanı azaldır və görünüşü daha aydın edir.

Pis qoxulardan qurtulmaq üçün isə bir qaba yarım stəkan ağ sirkə qoyub avtomobildə bir gecə saxlamaq kifayətdir — sirkə qoxuları neytrallaşdırır və havanı təmizləyir.

Soyuq havalarda iki ölçü sirkə və bir ölçü su qarışığını şüşələrə püskürtmək, buz əmələ gəlməsini gecikdirir. Eyni məhlul qapı rezinlərinə də sürtülə bilər ki, yapışmanın qarşısı alınsın.

Sirkə ilə silinən şüşəsilən lastikləri daha yumşaq və səssiz işləyir. Həmçinin sirkə, havalandırma ızgaralarında bakteriya və küfün qarşısını alaraq avtomobilin havasını təravətləndirir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun