Synergia Pharma vakansiya elan edir: Tibbi nümayəndə
E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir:
Şəhər: Bakı
Yaş həddi: 22–40 yaş
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Elanın tarixi: 6 oktyabr 2025
Bitmə tarixi: 5 noyabr 2025
Əlaqə:
📞 (051) 417-84-30
📞 (050) 207-12-72
✉️ info@synergia-pharma.com
Əlaqədar şəxs: Günay x
İş barədə məlumat:
- Tibb müəssisələrini və aptekləri gündəlik ziyarət etmək, məhsullar haqqında ətraflı məlumat vermək
- Apteklərdə məhsul mövcudluğunu təmin etmək
- Şirkətin marketinq və satış strategiyasına uyğun təlimatları yerinə yetirmək
- Məhsullar üzrə təqdimatlar keçirmək, məlumatlandırıcı materiallar paylaşmaq
- Satış dinamikasını izləmək, bazar haqqında mütəmadi məlumat vermək
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması
Müraciət qaydası:
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Tibbi nümayəndə” qeyd etməklə info@synergia-pharma.com ünvanına və ya göstərilən nömrələrə (WhatsApp vasitəsilə) göndərə bilərlər.
Namizədə tələblər:
- Tibbi nümayəndə kimi minimum 1 il iş təcrübəsi
- Aktiv həyat mövqeyi və yüksək ünsiyyət bacarığı
- Punktual, məsuliyyətli və komandada işləmək bacarığı
- İşgüzar ünsiyyət etikası və əməkdaşlıq qabiliyyəti
- Səlis və düzgün nitqə malik olmaq