Müasir həyat tərzi qaraciyərin toksinləri süzmə və maddələr mübadiləsini tənzimləmə qabiliyyətinə əlavə yük yaradır. Son araşdırmalar göstərir ki, çuğundur suyu bu həyati orqanın fəaliyyətini dəstəkləyə bilər.
E-saglam.az xəbər verir ki, qaraciyər qanı təmizləyir, dərmanları parçalayır və yağ mübadiləsini tənzimləyir. Lakin nizamsız qidalanma və alkoqol istifadəsi bu funksiyaları zəiflədir. Alimlər bildirir ki, çuğundur suyu qaraciyərin təbii “detoks” proseslərini gücləndirə bilər.
Qaraciyər hüceyrələrini qoruyur:
Çuğundur, betalain adlı güclü antioksidantlarla zəngindir. Bu maddələr oksidləşmə stresini azaldaraq iltihab riskini aşağı salır. Həmçinin tərkibindəki betain maddəsi yağların parçalanmasına kömək edir və qaraciyərdə yağ yığılmasının qarşısını alır.
Tədqiqatlara görə, 12 həftə ərzində gündə 250 ml çuğundur suyu içən şəxslərdə ALT və ALP kimi qaraciyər fermentlərinin səviyyəsi yaxşılaşıb. Bu isə qaraciyərin toksinləri daha səmərəli emal etdiyini göstərir.
Çuğundur suyunun faydaları:
- Antioksidant müdafiəni gücləndirir
- İltihabı və hüceyrə zədələnməsini azaldır
- Yağ mübadiləsini tənzimləyir
- Detoks fermentlərinin fəaliyyətini artırır
Tərcümə: Nəzrin Abbas