Əgər əlləriniz və ayaqlarınız soyuqda rəng dəyişirsə, bu vəziyyət təkcə üşümə ilə bağlı olmaya bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu simptom ciddi bir qan dövranı pozğunluğunun – Reyno (Raynaud) xəstəliyinin göstəricisi ola bilər.
E-saglam.az xəbər verir ki, bu xəstəlik zamanı soyuq hava və ya stres kimi amillər damarların daralmasına səbəb olur. Nəticədə həmin nahiyələrə qan axını azalır, bu isə dəridə solğunluq, mavilik və uyuşma ilə özünü göstərir.
Həkim O’Donovan bildirib ki, Reyno xəstəliyində dərinin qanla təminatını həyata keçirən kiçik arteriyalar temperatur dəyişikliklərinə və stressə qarşı həddindən artıq reaksiya verir. Bu damarlar zamanla qalınlaşaraq qan axışını daha da məhdudlaşdıra bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu simptomlar tez-tez təkrarlanırsa, vəziyyəti yüngülcə qəbul etməmək və damar sağlamlığını yoxlatmaq vacibdir.
Tərcümə: Nəzrin Abbas