Faydalı
Yeməklərinizi düzgün bişirirsinizmi?
Faydalı
99

Yeməklərinizi düzgün bişirirsinizmi? ən sağlam bişirmə üsulu

Yeməyi bişirmə tərziniz, nə yediyiniz qədər vacibdir. Çünki yüksək istilikdə bişirmə üsulları — qızartma və sobada bişirmə kimi — orqanizmdə yaşlanma və müxtəlif xəstəliklərlə əlaqəli zərərli maddələrin yaranmasına səbəb olur.

Qaynatma və buxarda bişirmə kimi su əsaslı üsullar isə bu maddələrin miqdarını yarıya qədər azaldır və qidaların qida dəyərini qoruyur. Bu üsullar həmçinin bədənin su balansını yaxşılaşdırır, xolesterolu tənzimləyir və yaşlanma əleyhinə təsir göstərir.

Mütəxəssislərin fikrincə, yeməklərə bibəriyə, kəklikotu və sarımsaq kimi antioksidantlarla zəngin ədviyyatlar əlavə etmək, yüksək istilikdə əmələ gələn zərərli birləşmələri daha da azaldır.

Belçikada aparılan və Cell Reports Medicine jurnalında dərc olunan son araşdırma da göstərib ki, eyni ərzaqların qaynadılması və ya buxarda bişirilməsi, həm sağlamlıq, həm də qida keyfiyyəti baxımından daha faydalıdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun