Qidalanma
Ən sağlam konservləşdirilmiş
Qidalanma
119

Ən sağlam konservləşdirilmiş qidalar açıqlanıb

Diyetoloq Nikola Ludlum-Raine konservləşdirilmiş pomidorları ən sağlam qidalar arasında birinci yerə qoyub. Onun sözlərinə görə, bu məhsullar prostat, ağciyər və mədə xərçəngi riskini azaldan, həmçinin ürək-damar sistemini qoruyan güclü antioksidant — likopen ilə zəngindir.

E-saglam.az xəbər verir ki, mütəxəssis bildirib ki, konservləşdirilmiş pomidorlarda təzə pomidorlardan daha çox likopen olur.

Ludlum-Raine həmçinin konservləşdirilmiş şaftalı, ananas və digər meyvələri də pəhrizdə saxlamağı tövsiyə edib. Onların tərkibində C vitamini bir qədər az olsa da, A və E vitaminləri baxımından olduqca faydalıdır.

Digər diyetoloq Emma Şəfqət isə öz evində həmişə konservləşdirilmiş skumbriya və sardina saxladığını bildirib. Bu balıqlar bişirilmədən istehlak oluna bilir və kalsium ilə omeqa-3 yağ turşularının mühüm mənbəyidir. O, eyni zamanda konservləşdirilmiş paxlalı bitkiləri — noxud, mərcimək və lobyanı da sağlam seçim adlandırıb. Bu məhsullar protein, dəmir və mikroelementlər baxımından zəngindir və istənilən yeməyə asanlıqla əlavə edilə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun