Xəstəliklər
Boğaz ağrısını yüngülləşdirən
Xəstəliklər
97

Boğaz ağrısını yüngülləşdirən təbii üsullar

Soyuq hava, allergiya və ya infeksiya nəticəsində yaranan boğaz ağrısı gündəlik həyatı çətinləşdirə bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər dərman istifadəsinə tələsmədən əvvəl bəzi təbii vasitələrdən yararlanmağı tövsiyə edirlər.

Bal və limon qarışığı boğazdakı iltihabı azaldır və sakitləşdirici təsir göstərir. İlıq duzlu su ilə qarqara etmək bakteriyaları təmizləyir, boğazdakı şişkinliyi azaldır. Zəncəfil çayı isə həm mikroblara qarşı təsirlidir, həm də immuniteti gücləndirir.

Bundan başqa, isti buxar inhalasiyası boğazın nəmini qoruyur, ağrını və qıcıqlanmanı azaldır. Bol su içmək, dincəlmək və səsin çox istifadəsindən qaçmaq da sağalma prosesini sürətləndirir.

Həkimlər xəbərdarlıq edir ki, boğaz ağrısı 5–7 gündən çox davam edərsə və ya hərarət, udma çətinliyi kimi əlamətlərlə müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun