Havaların soyuması və immunitetin zəifləməsi sinüzit riskini artırır. Qulaq-burun-boğaz mütəxəssisi Dr. Lütfü Şeneldir bildirib ki, sinüzit yalnız burun tutulması və baş ağrısı ilə məhdudlaşmır, nəfəs almanı və yuxu keyfiyyətini də azaldır.
E-saglam.az xəbər verir ki, sinüzitin əsas əlamətləri burun tutulması, üz nahiyəsində təzyiq hissi, baş ağrısı, qoxu itkisi və öskürəkdir.
Mütəxəssis xəbərdarlıq edir: qapalı və havasız yerlərdən uzaq durmaq, burun təmizliyinə diqqət etmək, kifayət qədər su içmək və siqaret tüstüsündən qaçmaq sinüzitin qarşısını almağa kömək edir.
Tərcümə: Nəzrin Abbas