Bitki mənşəli qidalar həm özümüzü yaxşı hiss etməyimizə, həm də uzun müddət sağlam qalmağımıza kömək edir.
E-saglam.az xəbər verir ki, rəngarəng tərəvəz və meyvələr təbiətin bizə bəxş etdiyi əsl sağlamlıq xəzinəsidir.
1. Qoz-fındıq və toxumlar:
Qoz, çia, kətan və kenevir toxumu sağlam yağlar, lif və omega-3 mənbəyidir. Uzun müddət toxluq yaradır, ürək və beyin sağlamlığını qoruyur.
2. Paxlalılar:
Noxud, mərcimək, lobya və soya fasulyəsi bitki mənşəli zülal və liflə zəngindir. Qan şəkərini tənzimləyir, bağırsaq sağlamlığını yaxşılaşdırır.
3. Yaşıl yarpaqlı tərəvəzlər:
İspanaq, brokoli, kələm və roka A, K vitamini, maqnezium və kaliumla zəngindir. İmmuniteti gücləndirir, sümükləri möhkəmləndirir.
4. Kalsiumla zəngin bitki qidaları:
Bitki südləri, tofu, susam və tahin süd məhsulları istifadə etməyənlər üçün ideal seçimdir. Sümüklərin möhkəm qalmasına kömək edir.
5. Prebiotik lifli qidalar:
Yulaf, çovdar çörəyi, soğan, sarımsaq, brokoli sapı, noxud, mərcimək və fıstıq bağırsaq florasını gücləndirir, həzmi və immun sistemini dəstəkləyir.
Tərcümə: Nəzrin Abbas