Faydalı
Diş fırçamızı
Faydalı
95

Diş fırçamızı harda saxlamalıyıq?

Diş fırçası mikroskopik ölçüdə milyonlarla bakteriya və göbələyin yaşadığı bir mühitdir. Tədqiqatlara görə, bir diş fırçasında 1–12 milyon mikroorqanizm ola bilər.

E-saglam.az xəbər verir ki, onların çoxu zərərsiz olsa da, bəziləri ağız və mədə infeksiyalarına, hətta diş ətlərində iltihaba səbəb ola bilər.

Mikroblar haradan gəlir?

Alimlərə görə, diş fırçasındakı mikroblar üç mənbədən gəlir:

  1. Ağız və tüpürcəkdən,
  2. Əllər və dəri ilə təmasdan,
  3. Və ən çox da saxlanıldığı mühitdən – banyodan.

Banyolar isti və rütubətli olduqları üçün bakteriyaların çoxalması üçün ideal şərait yaradır. Ən təhlükəli məqam isə tualet suyu sıçramalarıdır. Hər dəfə sifon çəkildikdə, mikroskopik damcılar havaya qalxaraq bakteriya və virusları diş fırçasına daşıya bilər.

Diş fırçanız harada olmalıdır?

- Fırçanı tualetdən uzaqda, açıq və dik vəziyyətdə saxlayın.

- Qapaqlı və ya qapalı qutularda saxlamaq mikrobların çoxalmasına səbəb olur.

- Bir neçə fırça eyni yerdədirsə, bir-birinə toxunmamasına diqqət edin.

- Sifon çəkməzdən əvvəl tualet qapağını bağlamaq tövsiyə olunur.

Diş fırçası necə təmizlənməlidir?

- Hər istifadədən sonra su ilə yaxalayın və quruması üçün açıqda saxlayın.

- Həftədə bir dəfə fırçanı 0,12% xlorheksidin və ya 0,05% setilpiridinyum xlorür tərkibli qarqara məhlulunda 5–10 dəqiqə saxlayın.

- Mikrodalğada və ya fenlə təmizləmək fırça kıllarına zərər verə bilər.

- Sirkə bakteriyaları azaltsa da, xoşagəlməz dad buraxa bilər.

Nə qədər tez-tez dəyişmək lazımdır?

Amerika Diş Həkimləri Assosiasiyasına görə, diş fırçası hər 3 ayda bir dəyişdirilməlidir.

Bağışıklığı zəif olan şəxslər isə daha tez-tez dəyişdirməlidirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun