Daha parlaq və sağlam dəri üçün bahalı kremlərə və prosedurlara ehtiyac olmaya bilər. Mütəxəssislər deyirlər ki, düzgün qidalanma cilt sağlamlığında mühüm rol oynayır.
E-saglam.az xəbər verir ki, diyetoloq Elli Kolsun sözlərinə görə, qidalanma genetik, mühit və həyat tərzi faktorları ilə birlikdə dərinin vəziyyətini müəyyənləşdirən əsas amillərdəndir. Sağlam və balanslı rasion dəridəki quru sahələri, xırda qırışları və ləkələri azalda bilər.
Dəri üçün əsas qidalanma qaydaları:
- Omega-3 yağ turşuları: Somon, ton balığı, qoz və kətan toxumu dərinin nəmini qoruyur və iltihabı azaldır.
- Meyvə və tərəvəzlər: Xüsusilə sarı, narıncı və qırmızı rəngli tərəvəzlər (havuç, bibər, şirin kartof) A və C vitamini ilə zəngindir və dəridə kollagen istehsalını artırır.
- Suyu artırın, alkoqoldan uzaq durun: Gündə ən az 2 litr maye qəbul edin. Alkoqol dərini qurudur və sızanaqları artırır.
- Sinklə zəngin qidalar: Dəniz məhsulları, paxlalılar və brokoli dərinin bərpasını dəstəkləyir.
- Şəkəri azaldın: Ağ şəkər dəridə elastikliyi azaldır və qocalmanı sürətləndirir.
- Az yağlı süd məhsulları: Yağsız süd və yoğurt dərinin elastikliyini qorumağa kömək edir.
- Bağırsaq sağlamlığı: Kəpəkli taxıllar, tərəvəzlər və kefir kimi probiotik qidalar sağlam bağırsaq mikroflorasını dəstəkləyərək dolayısı ilə dərini yaxşılaşdırır.
Mütəxəssislər vurğulayır ki, qidalanma təkcə dərinin sağlamlığı üçün deyil, ümumi sağlamlığın da açarıdır. Düzgün qida, bol su, az stress və günəş qoruyucu — sağlam dəri üçün ən təsirli kombinasiyadır.
Tərcümə: Nəzrin Abbas