Mütəxəssislər bildirir ki, kartof düzgün bişirildikdə həm doyurucu, həm də sağlamlıq üçün faydalı qidadır. Tərkibindəki kalium, C vitamini, B6 vitamini, lif və antioksidantlar sayəsində bir çox orqan sisteminə müsbət təsir göstərir.
E-saglam.az xəbər verir ki, kalium qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir. Lif maddəsi həzmi yaxşılaşdırır, uzunmüddətli toxluq hissi yaradır və artıq çəki ilə mübarizədə faydalıdır.
Qaynadılmış və ya sobada bişmiş kartof yağda qızardılmış variantlara nisbətən daha sağlam hesab olunur. Mütəxəssislər gündəlik rasionda kartofu meyvə-tərəvəzlərlə birlikdə, az miqdarda və duzsuz şəkildə qəbul etməyi tövsiyə edirlər.
Kartof həmçinin orqanizmdə enerji səviyyəsini artırır, sinir sistemini gücləndirir və immunitetin möhkəmlənməsinə kömək edir.
Nəzrin Abbas