Sağlamlıq
Ağızla nəfəs alma uşağın
Sağlamlıq
71

Ağızla nəfəs alma uşağın inkişafını ləngidir

Uşaqların burun yerinə ağızla nəfəs alması sadəcə diş və çənə quruluşunu pozmur, eyni zamanda yuxu, öyrənmə və böyümə problemlərinə də yol açır.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bu vəziyyətin vaxtında müalicə edilməsinin vacibliyini vurğulayırlar.

Çənə və üz forması dəyişir:

Sağlamlıq Bilimləri Universitetinin professoru Vefik Arıca bildirir ki, ağızla nəfəs alan uşaqlarda çənə daralır, dişlərdə əyrilik və çarpazlıq yaranır. Bu da gələcəkdə ortodontik (tel) müalicəyə ehtiyacı artırır. Həmçinin ağızda quruluq, yaralar, diş çürüməsi və pis qoxu kimi problemlər müşahidə olunur. Burundan nəfəs alınmadıqda, hava təmizlənmədən ağciyərlərə daxil olur və uşaqlar daha çox soyuqdəymə və tənəffüs yolu infeksiyası keçirirlər.

Böyümə hormonunun ifrazı azalır:

Ağızla nəfəs alan uşaqlarda yuxu keyfiyyəti pozulur və bu, böyümə hormonunun daha az ifraz olunmasına səbəb olur. Araşdırmalar göstərir ki, yuxu apnesi olan uşaqlarda böyümə hormonu sağlam uşaqlara nisbətən təxminən 20% azdır. Nəticədə boy artımı yavaşıyır, çəki balansı pozulur və ergenliyə gec girirlər.

Diqqət və öyrənmə qabiliyyəti zəifləyir:

Ağızla nəfəs alan uşaqlar gecə dərin yuxuya getməkdə çətinlik çəkir, tez-tez oyanır və horlayırlar. Bu isə diqqət çatışmazlığına, yaddaş zəifliyinə və məktəb uğurlarında enişə səbəb olur. Tədqiqatlar göstərir ki, bu uşaqların IQ göstəriciləri burunla nəfəs alanlara nisbətən 5–10 bal daha aşağıdır.

Valideynlərə xəbərdarlıq:

Horlama, gecə ağızın açıq qalması və gün ərzində yorğunluq kimi əlamətlər varsa, uşaq mütləq həkimə aparılmalıdır. Prof. Arıca xəbərdarlıq edir: “Vaxtında müdaxilə edilməzsə, yeniyetməlikdə bu dəyişikliklər qalıcı olur, üz forması pozulur, diqqət və idman performansı azalır, hətta artıq çəki problemi yarana bilər".

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun