Qidalanma
Kabakın sağlamlığa
Qidalanma
76

Kabakın sağlamlığa inanılmaz faydaları

Kabak həm dadlı, həm də çox faydalı tərəvəzlərdən biridir. Tərkibindəki zəngin vitamin və minerallar sayəsində orqanizmi təmizləyir, həzmi yaxşılaşdırır və immun sistemini gücləndirir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər kabağın həm pəhriz, həm də ümumi sağlamlıq üçün mükəmməl seçim olduğunu bildirirlər.

1. Orqanizmi toksinlərdən təmizləyir:

Kabaq yüksək su və lif tərkibli olduğuna görə bədəni artıq duz və toksinlərdən təmizləyir, böyrəklərin fəaliyyətini dəstəkləyir.

2. Həzm sistemini gücləndirir:

Tərkibindəki lif mədədə qida qalıqlarının rahat hərəkətini təmin edir, qəbizliyin qarşısını alır və həzmi yüngülləşdirir.

3. Ürək və damar sağlamlığını qoruyur:

Kabaq kalium, maqnezium və C vitamini ilə zəngindir. Bu maddələr qan təzyiqini tənzimləyir və xolesterinin yığılmasının qarşısını alır.

4. Göz və dəri sağlamlığı üçün faydalıdır:

Beta-karotin və A vitamini sayəsində görmə qabiliyyətini qoruyur, dərini nəmli və gənc saxlayır.

5. Arıqlamağa kömək edir:

Aşağı kalorili və su baxımından zəngin olduğu üçün pəhrizlərdə ideal seçimdir. Uzun müddət toxluq hissi yaradır.

Qeyd edək ki, kabakı bişirib, buxarda, sobada və ya çiy salatlarda istifadə etmək mümkündür. Həmçinin körpələr üçün püresi və ya şorbası da çox faydalıdır.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun