Qidalanma
Turş içkilər həzm sistemini təhdid edir –
Qidalanma
74

Turş içkilər həzm sistemini təhdid edir – mütəxəssisdən xəbərdarlıq

Günlük su ehtiyacını qazlı və turş içkilərlə qarşılamaq bədən üçün ciddi risklər yaradır. Sağlamlıq mütəxəssislərinə görə, xüsusilə turşulu və şəkərli içkilər mədəyə təsir edərək həzm pozğunluğu, şişkinlik və digər mədə problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, qidalanma və diyet üzrə mütəxəssis Çisem Gündüz bildirib ki, gündəlik orta hesabla 2–2,5 litr su istehlakı bədənin balansı, orqan sağlamlığı və həzm sistemi üçün həyati əhəmiyyət daşıyır.

“İsti havalarda daha çox tərləyirik və bədənin su ehtiyacı artır. Bu su itkisi bədən üçün xəbərdarlıq siqnalıdır. Yetərli miqdarda su içilmədikdə başgicəllənmə, halsızlıq, yorğunluq və diqqət pozğunluğu kimi problemlər yaşana bilər. Əgər su itkisi qarşılanmasa, bu sadə simptomlar daha ciddi sağlamlıq problemlərinə çevrilə bilər. Böyrək və ürək xəstəlikləri ilə yanaşı həzm problemləri də meydana çıxa bilər,” – deyə Gündüz qeyd edib.

Mütəxəssis vurğulayıb ki, çoxlu turşulu içkilərin qəbulu həzm sistemi üçün zərərlidir:

“Bu içkilər mədə turşuluğunu pozaraq həzm problemlərinə yol açır və bədənin suya olan ehtiyacını artırır. Eyni zamanda yüksək kalori və şəkər tərkibi kilo artımına da səbəb ola bilər”.

Gündəlik su istehlakı artırılmalıdır:

“Gündəlik 2–2,5 litr su içmək vacibdir. İsti bölgələrdə bu miqdar daha da artırılmalıdır. Çay və qəhvə kimi digər içkilərin çoxluq istifadəsi su istehlakını da artırmağı tələb edir. Suya limon, alma, darçın və nanə yarpaqları əlavə etməklə içmək daha xoş və faydalı ola bilər”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun